Kozma Zlotovski: "Seçkilər yüksək səviyyədə təşkil edilib" - (Yenilənib)

Kozma Zlotovski: "Seçkilər yüksək səviyyədə təşkil edilib" - (Yenilənib)
  12 Aprel 2018    Oxunub:2041
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avropa Parlamentində Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovskini qəbul edib.
AzVision.az xəbər verir ki, seçkilərdə qazandığı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovski müxtəlif seçki məntəqələrində olduqlarını və seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğuladı.

Dövlətimizin başçısı seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi və müşahidəçilərin azad surətdə müşahidə aparmaları üçün bütün şəraitin yaradıldığını qeyd etdi.

AzVision.az


Teqlər: İlham-Əliyev   AP  





Xəbər lenti