Bakıda bəzi parklanma yerləri ləğv ediləcək

Bakıda bəzi parklanma yerləri ləğv ediləcək
  14 Aprel 2018    Oxunub:1530
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt ərazisindəki parkomatlarla bağlı müvafiq dövlət qurumu ilə təhvil-təslim işlərinə başlama mərhələsindədir.
Bu barədə AzVision.az-a açıqlamasında BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. O bildirib ki, bununla paralel olaraq BNA mütəxəsissləri hazırda parklanma yerləri ilə bağlı vəziyyətin öyrənilməsi üçün şəhər ərazisində kompleks təhlillər aparır.

"Bu araşdırmaların nəticəsinə əsasən, yeni parklanma yerləri təşkil edilə bilər və ya mövcud yerlərdən bəziləri ləvğ ediləcək. BNA-nın bu istiqamətdə bir neçə prioritetləri var. Birincisi bu sahədə mütləq avtomatlaşdırılmış bir sistem qurulmalıdır. İkincisi yeraltı və digər parklanma yerləri işlək vəziyyətə gətirilməlidir".

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA   Parklanma  





Xəbər lenti