Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
  15 Aprel 2018    Oxunub:3326
Rusiya Federasiyasının Tomsk vilayətindəki “Azərbaycan Mədəni-Milli Mərkəzi” Regional İctimai Təşkilatının sədri Ələkbər Rəhimovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Tomsk vilayətindəki “Azərbaycan Mədəni-Milli Mərkəzi” Regional İctimai Təşkilatının bütün üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzu edirik".

***
Moldova Respublikasının Baş naziri Pavel Filipdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə Sizin verdiyiniz əvəzsiz töhfələri bir daha vurğulamaq istərdim.

Əminəm ki, Siz Azərbaycan xalqının rifahı, habelə sülhün, təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi naminə milli və beynəlxalq layihələrin gerçəkləşdirilməsi yolunda səylərinizi, təcrübə və biliklərinizi bundan sonra da əsirgəməyəcəksiniz.

İcazə verin, bir daha Sizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq və ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayım".

***
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin zəngin təcrübəniz və peşəkarlığınız ölkənizin vətəndaşlarının rifahı naminə daha böyük tərəqqiyə nail olmağa imkan verəcəkdir.

Bosniya və Herseqovina Azərbaycanın səmimi dostudur və Siz qarşılıqlı əməkdaşlığın dərinləşməsinə və birgə layihələrin gerçəkləşməsinə töhfə verəcəyimizə əmin ola bilərsiniz.

Cənab Prezident, sevindirici haldır ki, Siz yeni prezidentlik dövründə tezliklə Bosniya və Herseqovinaya səfər edəcəksiniz. Bu, heç şübhəsiz ki, xalqlarımız arasında əməkdaşlığın və ənənəvi dostluğun daha da möhkəmlənməsinə töhfə olacaqdır.

Bir daha Sizə dərin ehtiramımı ifadə edirəm".

***

Latviya Respublikasının Prezidenti Raymonds Veyonisdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrik məktubunda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin son illərdə sürətlə inkişaf etməsindən olduqca məmnunam. Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan ilə Latviya arasındakı əməkdaşlığın bundan sonra daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha bəyan edirəm.

Zati-aliləri, icazə verin, Sizə ən dərin ehtiramımı və ən xoş arzularımı bildirim".

***

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrik məktubunda deyilir: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi Serb Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan vətəndaşlarının rifahı naminə gördüyünüz işlər ölkənizin qarşıdakı illərdə daha yüksək nailiyyətlər qazanmasına imkan verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək əzmində olduğumu bir daha vurğulamaq istərdim.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayır və dərin ehtiramımı ifadə edirəm".

***

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Vətənimizdə keçirilən prezident seçkilərində tarixi qələbəniz münasibətilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun çoxminli üzvləri adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycandan kənarda yaşayan soydaşlarımız əmindirlər ki, Vətənimizin çiçəklənməsi, ölkəmizin iqtisadi inkişafının gücləndirilməsi, sabitliyin qorunması, xüsusən də diaspor quruculuğu istiqamətində fəaliyyətinizi bundan sonra da əzmlə davam etdirəcəksiniz.

Bir daha əmin olun ki, xaricdə, xüsusilə də Ukraynada yaşayan azərbaycanlılar Vətənimiz Azərbaycanın daha da inkişafı istiqamətində atdığınız hər addımda yanınızdadırlar.

Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, xalqımıza sülh və firavanlıq arzu edirik".

***

“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri, Novosibirsk Vilayətinin Qanunverici Məclisinin deputatı Mayis Məmmədovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:"Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində layiqli qələbəniz münasibətilə təbrik edirəm. Azərbaycan əhalisinin böyük əksəriyyəti sabitlik və mütərəqqi inkişaf yolunun davam etdirilməsinə səs verdi.

Sizin zəngin təcrübəniz, peşəkarlığınız, qarşıda duran son dərəcə mühüm vəzifələri uğurla həll etmək bacarığınız Azərbaycan Respublikasının bundan sonrakı inkişafı üçün də zəmin olacaqdır. Azərbaycan ilə Rusiya arasında konstruktiv əməkdaşlığın davam edəcəyinə ümidvaram.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və bütün təşəbbüslərinizdə uğurlar arzulayıram".

***
Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç və Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzi İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik ediblər.

AzVision.az xəbər verir ki, təbrik məktubunda bildirilir: “Bu qələbə Sizin əvvəlki illərdə dövlət başçısı vəzifəsində həyata keçirdiyiniz mükəmməl fəaliyyətin yüksək qiymətləndirilməsi, həmçinin Azərbaycan xalqının ölkənin tərəqqisinin hərəkətverici qüvvəsi kimi Sizə bəslədiyi etimadın göstəricisidir. Məhz Sizin rəhbərliyinizlə Bakıda və ölkənin bütün regionlarında inkişaf və yenidənqurma, eləcə də müasirləşmə işlərinin geniş vüsət alması Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib. İcazə verin, bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizinlə və Milli Olimpiya Komitəsi ilə aramızda olan, yüksək dəyərləndirdiyimiz dost münasibətlərinə görə dərin minnətdarlığımızı bildirək.

Ölkənizin Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, eləcə də növbəti Avropa Gənclər Olimpiya Festivalının məhz Bakıda keçirilməsi ölkənin Avropada güclü nüfuza malik olmasını təsdiq edir. Bu isə ölkənin müasir, dinamik inkişaf edən xarakterinin və burada necə əməksevər və dost insanların yaşadığının bariz nümunəsidir.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Bu il mayın 11-12-də Belqrad şəhərində Sizinlə görüşməyə ümidvarıq”.

Eyni zamanda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko, Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvilidən və Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı sədrinin müavini Vaxtanq İobaşvili, “Azərbaycan-Ukrayna sahibkarları və sənayeçiləri” Cəmiyyətinin sədri Əli Əliyev, Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin sədri Ali müfti Talqat Səfa Tacuddin, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev, Afrikadakı “Paramount Group” şirkətinin icraçı direktoru Ayvor İçikovitz, Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov da İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik ediblər.

AzVision.az


Teqlər: İlham-Əliyev   Seçki  





Xəbər lenti