Bakıda yataqxana yanıb - 10 nəfər təxliyə edilib

Bakıda yataqxana yanıb - 10 nəfər təxliyə edilib
  20 Aprel 2018    Oxunub:996
Bakıda yataqxana binasında yanğın olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində 10 m² sahədə əşyalar, 20 p.m elektrik kabelləri və 1 ədəd su sayğacı yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti