Naxçıvanda taktiki-xüsusi təlim keçirilib

Naxçıvanda taktiki-xüsusi təlim keçirilib
  28 Aprel 2018    Oxunub:6260
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında “Hava limanının yerüstü obyektlərində və hava gəmilərində baş verən yanğınlar zamanı insanların xilas edilməsi və yanğının söndürülməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
AzVision.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd Fövqəladə Hallar Nazirliyi ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında fövqəladə hallar zamanı birgə fəaliyyətin təşkili, qarşılıqlı əlaqələrin qurulması, şəxsi heyətin döyüş və fiziki hazırlığının artırılması, eyni zamanda çevikliyinin yoxlanılmasıdır.

Hava limanında keçirilmiş təlim zamanı aviasiya dispetçerinin şərti olaraq havada qəza şəraitində olan hava gəmisi ilə rabitə əlaqəsinin yaradılması, lazımi məlumatların toplanması və Aviasiya Təhlükəsizliyi, FHN-nin “112” və “101” xidmətlərinə ötürülməsi, aeroportun yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, eləcə də digər xidmətlərinin qüvvə və vasitələrinin aeroport ərazisində müəyyən olunmuş meydançada hazırlıq vəziyyətinə gətirilməsi, şərti olaraq hava nəqliyyatında baş vermiş yanğın qəzaları zamanı insanların təxliyə edilməsi, təyyarənin daxilində, eyni zamanda ətrafda baş vermiş yanğınların söndürülməsi əməliyyatları həyata keçirilib.

Təlimə Naxçıvan Beynəlxalq Hava Limanının yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının və digər xidmətlərinin 83 nəfər şəxsi heyəti, 15 ədəd xüsusi təyinatlı texnikası, idarəetmə və rabitə vasitələri cəlb edilib, təlim üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

AzVision.az


Teqlər: Naxçıvan   Təyyarə   Təlim  





Xəbər lenti