Heybət dəmir yolu stansiyası ləğv edildi

Heybət dəmir yolu stansiyası ləğv edildi
  06 İyun 2018    Oxunub:2090
Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasına bitişik hissədə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edilib. Bu səbəblə, rayon ərazisində yerləşən Heybət dəmir yolu stansiyası ləğv olunub.

Yeni inşa edilmiş dəmir yolu stansiyası “Abşeron” adlandırılıb.

AzVision.az


Teqlər: İlhamƏliyev   Sərəncam  





Xəbər lenti