"Azərbaycana gələn əcnəbilərin sayı artıb" - Vüsal Hüseynov

"Azərbaycana gələn əcnəbilərin sayı artıb" - Vüsal Hüseynov
  07 İyun 2018    Oxunub:2408
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə görüşüb.

DMX-dan AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında miqrasiya sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.


V. Hüseynov bildirib ki, Azərbaycana gələn əcnəbilərin sayı artıb. O, əcnəbilərin rahatlıqlarının təmin edilməsi məqsədilə miqrasiya qanunvericiliyinin sadələşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.



Səfir A. Massari ölkələr arasında əməkdaşlıq münasibətlərinin böyük uğurla davam etdiyini və bu əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

AzVision.az


Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov   İtaliya   Səfir  





Xəbər lenti