Oğurluq etdi, başqa cinayətlərinin də üstü açıldı

Oğurluq etdi, başqa cinayətlərinin də üstü açıldı
  19 İyun 2018    Oxunub:1799
Qubada heyvan oğrusu tutulub.
​Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan AzVision.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rustov kənd sakini Ağalar Bayramovun həyətindən 2 baş xırda buynuzlu heyvanını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Mahir Həsənov olduğu müəyyən edilib.

Ətraflarında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, M.Həsənovun 2017-ci ilin mart ayından cari ilin may ayına qədər olan müddətdə həmkəndlilərinə məxsus 4 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvanı oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı M.Həsənov törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanları Quba rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla bağlı Quba RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

AzVision.az


Teqlər: Quba   Oğurluq   Qoyun  





Xəbər lenti