Komitə sədri məcburi köçkünlərlə görüşüb

Komitə sədri məcburi köçkünlərlə görüşüb
  22 İyun 2018    Oxunub:1509
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdıqları 1500 ailəlik yeni qəsəbədə bölgə vətəndaşlarını qəbul edib.
Komitədən AzVision.az-a verilən xəbərə görə, qəbuldan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev ümummilli lider Heydər Əliyevin abidəsini və Kəlbəcər Şəhidlərinin Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Kəlbəcər rayon Mədəniyyət Sarayında keçirilən qəbulda Komitə sədri Rövşən Rzayev Gəncə şəhəri, Samux, Göygöl və Kəlbəcər rayonlarından olan sakinlərin müraciətlərinə baxıb.

Əvvəlcə Dövlət Komitəsinin sədri qəbula gələn 70 nəfərədək məcburi köçkünün müraciətini ayrı-ayrılıqda dinləyib.

Sonra eyni məsələlərlə bağlı müraciət edən 100 nəfərədək məcburi köçkün sədr tərəfindən ümumilikdə qəbul edilib və müraciətləri dinlənilib.

Qəbula gələnlər komitə sədrinə əsasən mənzillə təminat, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı müraciət ediblər. Bütün müraciətlər Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.

AzVision.az


Teqlər: Qaçqın   Qəbul  





Xəbər lenti