Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
  23 İyun 2018    Oxunub:1394
Azərbaycanda həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Quliyev Ramil Sabir oğluna tanışı Ağdam rayon sakini Xəlilov İlqar Çoban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan 2 ədəd alt paltarına xüsusi üsulla hopdurulmuş 0,487 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Penitensiar-Xidmət   Həbsxana   Narkotik  





Xəbər lenti