ETSN “Azərkosmos”la anlaşdı

ETSN “Azərkosmos”la anlaşdı
  23 İyun 2018    Oxunub:1530
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (ASC) ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərkosmos”dan AzVision.az-a verilən məlumata görə, “Azersky” peykinin təsvirləri vasitəsilə icrası davam edən üç mühüm layihə - “Meşə fonduna daxil olan torpaqlarda meşələrin mövcud vəziyyətinin monitorinqi”, “Azərbaycan Respublikası göllərinin kadastrının hazırlanması” layihələri, eləcə də “Torpaqların şoranlaşma səviyyəsinin qiymətləndirilməsi və şoranlaşma dərəcəsinin müəyyən edilməsi” üzrə pilot layihənin ilkin nəticələri qonaqlara təqdim edilib.

Görüşdə “Azərkosmos” ASC-nin dəvəti ilə Azərbaycana səfər etmiş Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) nümayəndələri Yer səthinin məsafədən müşahidəsi sahəsində təcrübələrini və həyata keçirilmiş layihələrini təqdim edib, eləcə də birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə “Azərkosmos” ASC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, ETSN və “Azərkosmos” ASC arasında ekologiya və təbii sərvətlərin monitorinqi məqsədilə müasir və yüksək texnologiyalardan geniş istifadəyə, ətraf mühitin kosmosdan tədqiq edilməsinə və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına dair razılıq əldə olunub.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti