AT ƏT-inə möhtac Milli Şura

AT  ƏT-inə möhtac Milli Şura
  14 Oktyabr 2013    Oxunub:1368

M.Nizam-ül-Mülk

Seçkilərə start verilməmişdən bir neçə ay əvvəl Bakı və Abşeronda at əti satanlara qarşı ciddi mübarizə başlandı. Tutulan tutuldu, buraxılanları cərimə edib buraxdılar. ATƏT-in DTİHB-i bunu insan haqlarına ziddi qəbul etdi. Və çaqqal kimi pusquda durdu.
Bəzi çatışmazlıqları nəzərə almasaq? demokratik şəraitdə keçən seçkiyə ATƏT Azərbaycanda At Ət-inə qarşı yayda başlanmış səlib yürüşünə cavabını verməliydi. ATƏT-i əsas maraqlandıran At Ət-i idi.

Seçkilər bitdi. Nəticəsi hamıya məlumdur. Uduzan tərəflər seçilmiş prezidenti təbrik etdi. Bir nəfərdən başqa. O? “Nuh deyərəm, peyğəmbər demərəm” misalını əldə ATƏT tutub.
At Ətinə bu qədər vaxt itirməyimiz bəs edər.
Keçək milli şura deyilən dəli yığıncağına

6 nömrəli palatanın pasientləri


Seçkilərdə cəmi 204 min səs toplaya bilən Cəmil Həsənli elə bilir ki, Azərbaycanda seçicilərin sayı 205 mini keçmir. Belə olmasaydı o özünü prezident görməzdi.
Yazığa vələduznalar facebookda bir səhifə açıblar. Fake profillərnən o səhifəyə üzv yığıblar. Və o yazığı da inandıra biliblər ki, sən hamıdan çox səs yığıbsan. Nədə olmasa əlipeçilər bu işi gözəl bacarır. Saxta profil işini deyirəm.

Bu arada İsa Qəmbər öz namizədinə “cənab prezident” deyib mırtlaşmağı da yaddan çıxartmadı.

İsa Qəmbərin Cəmil Həsənliylə mırtlaşmağını Rüstəm İbrahimbəyov davam elətdirməyə özünə “mənəvi” borc bildi. Bu yerdə rəhmətlik Çexovun “6 nömrəli palata”sı yada düşür. Bu adamlar həqiqətənmi xəstədilər, yoxsa özlərini xəstəliyə vurublar?

İndi isə bu adamların xəstəliyinə diaqnoz qoyaq.

Amneziyalı

Facebookda minimum 2500 işarədən az olmayan statuslarıyla tanınan Əli Kərimlidə yadaş problemi yaranıb. Adam neçə illərdi `Qərb` deyə-deyə dilə topuğa qoymurdu. İndi vəziyyət dəyişib. Görün adam indi nə deyir: “Dostlar, mən həmişə xalqımızın azadlıq mübarizəsində xarici faktoru, beynəlxalq aləmin rolunu şişirtməyin əleyhinə olmuşam”.

İndi beləsinə nə deyəsən? Vaxt var idi ki, Elçibəyin məzarı üstündə fatihə veriləndə adam həmişəki kimi, “çestnıy komsomolets” təki əli yanında qərbə özünü göstərmək üçün ki, mən müsəlman deyiləm, yeri düşəndə azərbaycanlı da deyiləm bildirmək istəyən adam indi Qərbə qarşı çıxmağı az deyilmiş, hətta bir az da irəli gedərək xarici faktorun rolunu şişirtməməyi məsləhət görən olub.

Adam vaxt var idi qazetində qərbin əlehinə nəinki bir cümlə, hətta bir sözün yazılmasına imkan vermirdi. Əcaba nə dəyişib? Əslində nəyin dəyişməyi məlumdu. İllərdi qərbdən gələn qrant hesabına Azərbaycandan donos yaza-yaza əldə etdiyi paraların kəsilməsi Əli Kərimlini amneziya xəstəliyinə duçar edib. Bu xəstəliyin sonu şizofreniyadı. Yazıq!

Paranoid

Prezident seçkilərində 204 min səs toplaya bilən 31 partiya və təşkilatın vahid namizədi Cəmil Həsənli özü özünü inandırıb ki, bu prezident seçilib. Ətrafı da buna başa salmır ki, ay professor müəllim, vallah sən prezident seçilməmisən. Əksinə, adama “tırkadan” verirlər ki, “ən böyük Cəmil başqan”.

Cəmil başqan da bu sözlərdən feyziyyab olub sağa-sola hava atır. Sevincinin həddi hüdudu yoxdur.
Adamı o qədər inandırıblar ki, indi də seçkilərin nəticəsinin ləğv edilməsini istəyir. Adam paronoiddi. Allah şəfa versin deməkdən başqa əlacımız qalmır.

Bu arada dahi Mixail Bulqakovun “İvan Vasilyeviç” pyesi əsasında çəkilmiş “Ivan Vasilyeviç peşəsini dəyişir” filmiyadıma düşdü.
Filmin qısa məzmunu belədi: İxtiraçı Aleksandr Sergeyeviç Timofeyev (Şurik) zaman maşını icad edir. Onun saysız eksperimentləri nəticəsində bir gün maşın tüstüləyir və partlayış baş verir. Şurik özündən gedir.

Şurikin arvadı olan kinoaktrisa Zina ondan ayrılacağını deyir. O, yeni sevgilisi – kinorejissor Yakinlə birgə səyahətə gedirlər. Bu zaman oğru-residivist Corc Miloslavski Şurikin qonşusu diş həkimi Anton Şpakın mənzilinə soxularaq onu qarət edir. Onun təcrübələrindən təngə gəlmiş ev müdiri İvan Vasilyeviç Şurikə yenidən sakinlərin şikayətini çatdırır. Şurik İvan Vasilyeviçin iştirakı ilə öz zaman maşınını işə salır və bu zaman Şurikin və Şpakın mənzilləri arasında olan divar yoxa çıxır. Təəccüblənmiş Miloslavski Şurikin mənzilinə keçir. Şurik zaman maşınının gücünü artırır və qarşıda çar sarayı peyda olur. Taxt-tacın sahibi İvan Qroznı və onun mirzəsi Feofan görünürlər. Şurikin bu təcrübəsi nəticəsində İvan Vasilyeviç Bunşa və və oğru keçmişə gedir.
İndi Cəmil müəllim komendant İvan Vasilyeviçin vəziyyətindədi. Corc Miloslavski isə Əli Kərimlidi. Öyrəşmiş ələ tövbə yoxdu.

Şizofrenik

Şizofreniya - insanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir.

Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoik və ya fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulmasıdır.

Şizofreniyanın əlamətlərindən biri qarşısındakını və özünü öz yalanına inandırmaqdı. Bunu İsa Qəmbər gözəl bacarır. İllərdi öz yalanına indi də qoca kişini inandırıb.

Bu yerdə İlf və Petrova müraciət etmək məcburiyyətində qalıram.

`12 stul` əsərinin qısa məzmununu oxuculara çatdırmağı özümə borc bilirəm. Deməli vəziyyət belədi, İnqilab zamanı bir çox insanlar öz dəyərli cavahiratlarını etibarlı yerlərdə gizlətmişlər. Keçmiş dvoryan başçısı indiki kargüzar İppolit Matfeyeviç Vorobyaninov bir qoca qadının ölümündən xəbər tutur. Məsələ burasındadır ki, həmin qadın 150 min qızıl rubl dəyərində brilyant və mirvarilərini vaxtilə məşhur ustad Hambsın qonaq otağındakı 12 stuldan birinin içində gizlətmişdi.

Vorobyaninov bütün işlərini bir kənara qoyaraq stulları axtarmaq qərarına gəlir. O, köhnə şəhərə – keçmiş dostu dalandar Tixonun yanına gedir. Vorobyaninov orada təsadüfən böyük kambinasiyaçı və gənc fırıldaqçı Ostap Benderlə qarşılaşır. Onlar pulun 40 faizinə ortaq olmağa razılıq verirlər. Lakin Fyodorun bu söhbətə gizlincə qulaq asmağı onu da bu işdən xəbərdar edir. Tezliklə xəbər gəlir ki, bütün 12 stul hamısı birdən hərraca qoyulub. Lakin Vorobyaninov hərraca bir az qalmış bütün pulları restoranda xərcləyir. Çətinliklə qarşılaşan hərislər indi stulları və cavahiratı tapmaq üçün başqa yollar fikirləşməlidirlər.

İndi bizim bu İsa Qəmbər Vorobyaninovun günündədi.

Dəyəsən Rüstəm İbrahimbəyov öz qəhramanlarını zərgər dəqiqliyi ilə seçibmiş.

P.S. Bunlara baxacaq həkimlərin vəziyyəti məni çox narahat edir. Amma yenə də bu xəstələrə Allahdan şəfa diləmək arzusu ilə həftəniz uğurlu olsun.


Teqlər:  





Xəbər lenti