Ermənilər Ağdamda 280 hektar ərazini yandırıb

Ermənilər Ağdamda 280 hektar ərazini yandırıb
  30 İyun 2018    Oxunub:2136
“Azərkosmos” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Azersky" peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparıb.

AzVision.az “Azərkosmos” ASC-nin saytına istinadən xəbər verir ki, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində törədilib.
29 iyun 2018-ci il tarixində Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Hazırda monitorinqlər davam etdirilir.



AzVision.az


Teqlər: Azərkosmos   Ağdam  





Xəbər lenti