YAP Gəncə hadisələrinə münasibət bildirdi

YAP Gəncə hadisələrinə münasibət bildirdi
  11 İyul 2018    Oxunub:5374
"Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və stabilliyimizə qarşı yönəlmiş təxribatdır".
Bunu AzVision.az-a Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsini sədr müavini, millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili vurğulayıb ki, qeyri-qanuni aksiyanın insan hüquqlarının müdafiəsi və dinlə heç bir aidiyyatı yoxdur: "İki nəfər yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi bunun düşünülmüş bir addım olmasına dəlalət edir. Bir müddət əvvəl Gəncənin icra hakimiyyəti başçısına, indi isə polis rəsmilərinə qarşı törədilən hadisələr Azərbaycanda çaşqınlıq və gərginlik salmaq istəklərindən xəbər verir. Görünür xaricdə müəyyən antiazərbaycan dairələri Azərbaycanın inkişafı, müstəqil siyasəti sərf etmir. Onlar ölkə daxilində maraqlarını müdafiə edən qüvvələr də yarada bilməyiblər. Ona görə də terrora, qeyri-qanuni hərəkətlərə üstünlük verməyə, səbatsız insanların əli ilə qarışıqlıq yaratmağa cəhd edirlər", - deyə A.Mirzəzadə vurğulayıb.

YAP-çı deputat qeyd edib ki, Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir: "O heç zaman qara qüvvələrin arxasınca getməyəcək. Hadisələr göstərir ki, dövlətimizi, sabitliyimizi, inkişafımızı hər an qorumalıyıq və biz buna qadirik".

Elvin Abdulqədirov
Bunu AzVision.az


Teqlər: Aydın-Mirzəzadə   YAP   Gənc  





Xəbər lenti