"Kənardan Azərbaycana müdaxilə mümkün deyil" - Deputat

"Kənardan Azərbaycana müdaxilə mümkün deyil" - Deputat
  16 İyul 2018    Oxunub:1730
"Azərbaycanda sosial şəbəkələrdə 3 milyona qədər insan var və çox təəssüf ki, Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər".
AzVision.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Media: Dini radikalizmlə mübarizə” adlı konfransda deyib.

Ə.Amaşov bildirib ki, kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etmək mümkün deyil: "Mühüm layihə olan TANAP layihəsinin həyata keçirilməsindən sonra bu hadisələrin baş verməsi insanı nələrisə düşünməyə vadar edir. Baş verən hadisələrlə İslam dinin əlaqəsi yoxdur, ayrı-ayrı qruplar din pərdəsi altında gizlənərək öz niyyətlərinə çatmaq istəyirlər. Azərbaycan mediası bunu görür, mediada çalışan insanlar Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi öz işlərini düzgün qururlar”.

AzVision.az


Teqlər:   Deputat   Əflatun-Amaşov  





Xəbər lenti