20 ildə 53 min hektar ərazi minadan təmizlənib

20 ildə 53 min hektar ərazi minadan təmizlənib
  18 İyul 2018    Oxunub:3204
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 20 il ərzində 529 314 780 kvadratmetr (52 931 ha) ərazi təmizləyib.
AzVision.az-ın məlumatına görə, bu barədə ANAMA-nın hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, ərazilərdən 796 972 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Bildirilib ki, hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə malikdir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti