Prezident həmkarına başsağlığı verib

Prezident həmkarına başsağlığı verib
  24 İyul 2018    Oxunub:3334
Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosa başsağlığı məktubu göndərib.
Başsağlığında deyilir: "Hörmətli cənab Prezident,

Afina yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

AzVision.az


Teqlər:





Xəbər lenti