Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
  30 İyul 2018    Oxunub:2846
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 28-də saat 16 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində şəhər sakini Bəxtiyar İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nominə Orucovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti