Naxçıvanın icra başçısı dəyişdirildi

Naxçıvanın icra başçısı dəyişdirildi
  30 İyul 2018    Oxunub:5937
Vüqar Şəmsəddin oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

AzVision.az


Teqlər: Naxçıvan   Prezident   İlham-Əliyev  





Xəbər lenti