Neftçalada maşınla vurulan piyada ölüb

Neftçalada maşınla vurulan piyada ölüb
  09 Avqust 2018    Oxunub:2460
Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, avqustun 8-də saat 16 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində Salyan rayon sakini Rizvan Fərəcov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Kürkənd kənd sakini Pirverdi Xanməmmədovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti