Sərhədi pozan İran vətəndaşı saxlanılıb - FOTOLAR
İkinci hadisə 8 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən qeydə alınıb və sərhəd zastavasına məruzə olunub.
Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qaldırılıb və hadisə yerinə hərəkət edilib. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq mühəndis-texniki çəpərə doğru hərəkət edən 1 nəfər şəxs saxlanılıb. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sərhəd pozucusu İran İslam Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü Əli Abdullanicat Soltanhüseyin olmasını bildirib, üzərində 1 ədəd mobil telefon, 2800000 İİR rialı, 1 ədəd kəsici bıçaq, 1 ədəd qızıl üzük və 1 ədəd bankomat kartı aşkar olunub. Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
AzVision.az