Müdafiə Nazirliyinin nümayəndələri mükafatlandırılıb

Müdafiə Nazirliyinin nümayəndələri mükafatlandırılıb
  11 Avqust 2018    Oxunub:3651
“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində keçirilən yaradıcılıq müsabiqələrində fəal iştiraka görə Müdafiə Nazirliyinin nümayəndələri Mustafazadə Xəyyam Xəqani oğlu və Vəliyev Anar Yaqub oğlu Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən “Təşəkkürnamə” və “Fərman” ilə mükafatlandırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirliyin Əlahiddə Nümunəvi Orkestrinin solisti Xəyyam Mustafazadə iştirakçı komandalar arasında rus dilində vokal əsərinin ən yaxşı ifaçısı adını qazanaraq müsabiqədə birinci yerə layiq görülüb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti