"Nar" 700 bal toplayan abituriyentləri mükafatlandırdı - FOTOLAR

"Nar" 700 bal toplayan abituriyentləri mükafatlandırdı - FOTOLAR
  14 Avqust 2018    Oxunub:3481
Builki qəbul imtahanlarında 700 bal toplayan 29 abituriyent Modern.az saytının təşkilatçılığı və Nar Mobile-ın dəstəyi ilə təşkil olunan tədbirdə bir araya gəliblər.
AzVision.az xəbər verir ki, tədbirdə millət vəkilləri, Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin nümayəndələri iştirak ediblər.

İlk olaraq çıxış edən Modern.az saytının baş redaktoru Elşad Eyvazlı abituriyentləri belə yüksək nəticə göstərmələri münasibətilə təbrik edib.



Nar Mobile-ın ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında uğurlar arzu edib.



Millət vəkili Mahir Abbaszadə çıxışı zamanı bu gənclərin hər birinin təhsilimizin qəhrəmanları olduğunu deyib.
O əlavə edib ki, bu il 700 bal toplayan gənclərin sayının artması təhsilə olan qayğının nəticəsidir.



Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firudin Həmzəyev abituriyentləri belə uğura imza atdıqları üçün təbrik edib. Sektor müdiri qeyd edib ki, digər illərlə müqayisədə 700 bal toplayanların sayı 2 dəfə artıb.



Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, 700 bal toplayan gənclərin sayının artması hər kəsi sevindirir. DİM rəsmisi əlavə edib ki, ötən il 15 nəfər 700 bal toplamışdı, bu il isə onların sayı artıb.



Çıxışlardan sonra abituriyentlərin mükafatlandırılması mərasimi olub. Belə ki, “Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2018-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri qiymətli hədiyyələrlə mükafatlandırıb. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edilib.







Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Nar   Abituriyent   Tədbir  





Xəbər lenti