Prezident hindistanlı həmkarına başsağlığı verib

  20 Avqust 2018    Oxunub : 1286
Prezident hindistanlı həmkarına başsağlığı verib
Prezident İlham Əliyev Hindistan Prezidenti Ram Nat Kovində başsağlığı verib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş irimiqyaslı daşqınlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Hindistan