Azərbaycanda vəzifəli şəxs vəfat edib

Azərbaycanda vəzifəli şəxs vəfat edib
  31 Avqust 2018    Oxunub:4670
Dövlət Aerogeodeziya müəssisəsinin direktoru Elçin Məhərrəmov 55 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, E.Məhərrəmov 1963-cü ildə anadan olub. 1986-cı ildə gənc mütəxəssis kimi keçmiş SSRİ Nazirlər Soveti yanında Dövlət Geodeziya və Kartoqrafiya İdarəsinin 16 №-li Müəssisəsinin ( indiki Dövlət Aerogeodeziya müəssisəsinə) "Aerogeodeziya" İstehsalat Birliyinə mühəndis vəzifəsinə işə qəbul olunub.

1987-ci ildə həmin İstehsalat Birliyində şöbə rəisi, 1992-ci ildə İstehsalat Birliyinin laboratoriyasının müdiri, 1995-ci ildə baş direktorun müavini, 2001-ci ildə İstehsalat Birliyinin adı dəyişdirilmiş Dövlət Aerogeodeziya Müəssisəsinin baş mühəndisi, 2011-ci ildən bu günədək Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru vəzifəsində işləyib.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər: Vəfat   Aerogeodeziya  





Xəbər lenti