“ASAN xidmət” serverlərini qoruyur

“ASAN xidmət” serverlərini qoruyur
  23 Oktyabr 2013    Oxunub:588
“ASAN xidmət” məlumat resurs mərkəzində dünyada məşhur server soyutma sistemləri tətbiq olunub.
AzVision.az xəbər verir ki, Azərbaycanın “Ultra” informasiya texnologiyaları şirkəti rəsmi olaraq təmsil etdiyi Almaniyanın “Rittal” korporasiyası ilə birgə Bakıda ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli “ASAN xidmət”in data mərkəzlərində server otaqlarının soyudulması üçün xüsusi Rittal LCP avadanlığını quraşdırıb.

Şirkətdən bildiriblər ki, xüsusi avadanlığın əsas üstünlüyü ondan ibarətdir ki, o istiqamətlənmiş soyuducu havanı server otağına yox, birbaşa server avadanlığına yönəldir. Bunun nəticəsində həm enerjiyə qənaət olunur, həm də daha keyfiyyətli soyutma atmosferi yaranır.


Teqlər:  





Xəbər lenti