Metro gücləndirilmiş rejimdə çalışacaq

Metro gücləndirilmiş rejimdə çalışacaq
  07 Sentyabr 2018    Oxunub:1930
Bu gün Bakıda keçiriləcək Azərbaycan və Kosova milli futbol komandalarının qarşılaşması ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək.
Bunu AzVision.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, futbol başa çatandan sonra sərnişinlərin ünvana təhlükəsiz çatması üçün bütün tədbirlər görülüb.

Belə ki, bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb. Sərnişinlərin əsas sıx olduğu "Koroğlu" stansiyasına təhlükəsizliyi gücləndirmək üçün əlavə qüvvə cəlb ediləcək:

"Stansiyalarda sıxlıq olmamaq üçün əlavə qatarlar da hazır vəziyyətə gətirilib. Əgər sərnişin sıxlığı olarsa, həmin qatarlar dərhal xəttə buraxılacaq və bu da qatarlar arasında intervalın azalmasına səbəb olacaq".

Qeyd edək ki, bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda Millətlər Liqası çərçivəsində "Azərbaycan-Kosovo" milli yığma komandaları qarşılaşacaq.

AzVision.az


Teqlər: Metro  





Xəbər lenti