Bakının bəzi küçələrində tıxac yaranıb

  14 Sentyabr 2018    Oxunub : 1110
Bakının bəzi küçələrində tıxac yaranıb
15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradla əlaqədar hazırda bir sıra mərkəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzVision.az-a verilən məlumata görə, bu səbəbdən hazırda Heydər ƏliyevBabək prospektlərinin kəsişməsi, Xətai, Bülbül, prospektləri, Koroğlu Rəhimov, Bakıxanov, 28 may, Yusif Səfərov, Səməd Vurğun, Gulayə Qədirbəyova və digər mərkəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sıxlıqla əlaqədar olaraq şəhərin mərkəzi hissəsində hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların intervalında gecikmələr müşahidə edilir.

AzVision.az

Teqlər: BNA   Tıxac