Zakir Həsənov düşmən mövqelərini izlədi - FOTOLAR
Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan Müdafiə naziri qış mövsümünə zəruri hazırlıq işlərinin vaxtında və keyfiyyətlə icra edilməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
Hərbi xidmətin və döyüş növbətçiliyinin təşkilini yoxlayan general-polkovnik Z. Həsənov xidmətdə fərqlənən bir qrup hərbçiyə Ali Baş Komandan adından qiymətli hədiyyələr təqdim edib.
AzVision.az
Teqlər: MN Cəbhə Zakir-Həsənov