Müdafiə Nazirliyi: “Düşmənin istənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq”

Müdafiə Nazirliyi: “Düşmənin istənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq”
  25 Sentyabr 2018    Oxunub:2650
Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.
AzVision.az-ın məlumatına görə, Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Bəyanat  





Xəbər lenti