Xızıda 3 kənddən oğurluq edən şəxs tutulub
Belə ki, M.Adıyevin cari ilin may ayında Siyəzən rayonunda yerləşən Mikayıl Adıgözəlova məxsus fərdi təsərrüfatdan 16 baş xırda buynuzlu heyvan oğurlaması da müəyyən edilib.
Dindirilmə zamanı M.Adıyev törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanların bir qismini Bakı və Sumqayıt şəhərləri ərazisində satdıqını bildirib. Oğurlanan heyvanların bir qismi, 44 baş xırda buynuzlu və bir baş iri buynuzlu heyvan isə maddi sübut kimi polis əməkdaşları tərəfindən rayon ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
AzVision.az