Qəbələdə suriyalı ailənin faciəsi - Dəhşətli görüntülər (VİDEO)

Qəbələdə suriyalı ailənin faciəsi - Dəhşətli görüntülər (VİDEO)
  08 Oktyabr 2018    Oxunub:3192
Qəbələdə suriyalı ailənin kirayə qaldığı evdə yanğın baş verib.
Hadisə nəticəsində 1 nəfər ölüb, ailənin 6 üzvü xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın lokallaşdırılıb. Yanğın zamanı Küveyt vətəndaşı, 23 yaşlı Arbua Adnan Əl-Həmidi yanaraq ölüb.

Evdə olan digər Küveyt vətəndaşları – 25 yaşlı Əhməd Adnan Əl-Həmidi, 17 yaşlı Nura Adnan Əl-Həmidi, 29 yaşlı Sara Adnan Əl-Həmidi, 1 yaşlı Adam Nudar Əl-Behni, 58 yaşlı Raba Muhammed Əl-Rabaşda və 60 yaşlı Adnan Al-Hamidi bədənin müxtəlif bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin yardım göstərilib, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər: Qəbələ   Yanğın  





Xəbər lenti