Naxçıvanda uşaqlar icbari dispanserizasiyadan keçiriləcək

Naxçıvanda uşaqlar icbari dispanserizasiyadan keçiriləcək
  10 Oktyabr 2018    Oxunub:1951
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncam Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılması məqsədilə imzalanıb.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və icra barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verilməsi tapşırılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Sərəncam   Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti