9 ayda 497 nəfər QİÇS-ə yoluxub

  23 Oktyabr 2018    Oxunub : 437
9 ayda 497 nəfər QİÇS-ə yoluxub
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, cari ilin doqquz ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan şəxslərin sayı 497 nəfər təşkil edib ki, onlardan 482-si (96,9 faiz) Azərbaycan vətəndaşı, 15-i (3,1 faiz) isə əcnəbilərdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan Azvision.az-a verilən məlumata görə, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci il oktyabrın 1-dən 2018-ci ilədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7249 nəfər qeydiyyata götürülüb.

Onlardan 7014-ü Azərbaycan vətəndaşı, 235-i isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 5271-i kişi, 1978-ü qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 7249 nəfərdən 3144-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2262-si nəfər dispanser qeydiyyatındadır. 2018-ci il oktyabrın 1-dək antiretrovirus terapiyaya (ART) cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4757 nəfər təşkil edib. Onların da 1901 nəfəri inyeksion narkotik istifadəçisi (İNİ) olub. Cari ilin doqquz ayında isə ART-yə cəlb olunan 550 pasiyentdən 96 nəfərində inyeksion narkotik istifadəsi aşkarlanıb.

Azvision.az

Teqlər: QİÇS