İran vətəndaşları gömrükdə narkotiklə tutuldu
Yoxlama zamanı vətəndaşların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün onlar, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, Safarıan Hadı Safıollahdan aşkar edilən 3 ədəd bükümdə 189 qram, Teımourı Nıat Payam Nematollahdan aşkar edilən 3 ədəd bükümdə isə 216 qram açıq qəhvəyi rəngli narkotik vasitə-heroin olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Azvision.az