İdman edərkən köməksiz qalan şəxs xilas edilib

İdman edərkən köməksiz qalan şəxs xilas edilib
  18 Noyabr 2018    Oxunub:3868
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən təlim-təhsil mərkəzində 2005-ci il təvəllüdlü Fərəcov Kənan Mədət oğlunun xüsusi təyinatlı idman qurğusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Mürəkkəb şəraitdə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində K.Fərəcov qurğudan düşürülüb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti