Artilleriyaçıların komandir toplanışı keçirilir - FOTOLAR

 Artilleriyaçıların komandir toplanışı keçirilir -  FOTOLAR
  28 Noyabr 2018    Oxunub:2496
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Ordunun, birlik və birləşmələrin artilleriya rəisləri, həmçinin artilleriya hərbi hissələrinin komandirləri və onların müavinləri ilə komandir toplanışı keçirilir.
Bu barədə Azvision.az-a Müdafiə Nazirliyindən bildirilib.

Tədbirlər zamanı raket və artilleriya bölmələri ilə döyüş şəraitinə uyğun şəraitdə təlim və məşğələlər keçirilir, döyüş hazırlığının yekunları və hərbi intizamın vəziyyəti təhlil edilir, eləcə də növbəti tədris mövsümü ilə əlaqədar tapşırıqlar verilir.








Azvision.az


Teqlər: Artileriya  





Xəbər lenti