Azərbaycan-Ukrayna turizm əlaqələri müzakirə edilib

Azərbaycan-Ukrayna turizm əlaqələri müzakirə edilib
  30 Noyabr 2018    Oxunub:1632
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə turizm əlaqələri və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Turizm Agentliyindən Azvision.az-a verilən məlumata görə, görüşdə səfir ölkəsinin gələn ilin aprelində Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində daha böyük stendlə təmsil olunmaq istəyini bildirib.

Turizm Agentliyinin sədri Fuad Nağıyev sərgidə Ukraynanın turizm potensialının nümayişi üçün daha böyük stendin ayrılması üçün müvafiq köməklik göstəriləcəyini qeyd edib.

Görüşdə Truskavets və Naftalan kurortlarının qarşılıqlı olaraq hər iki ölkədə müalicə və sağlamlıq turizminin bir hissəsi kimi təbliğatının aparılması qərarlaşdırılıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Lvov vilayəti Dövlət Administrasiyasının sədri Oleq Sinyutka, Trustkavets şəhər şurasının sədri Andrey Kulçitskiy və bir sıra dövlət nümayəndələri təmsil olunublar.

Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti