İndiyədək 1509 vərəsəyə birdəfəlik ödəmə verilib

  01 Dekabr 2018    Oxunub : 2148
İndiyədək 1509 vərəsəyə birdəfəlik ödəmə verilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclasında şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.
Nazirlikdən Azvision.az-a verilən xəbərə görə, iclasda bildirilib ki, ümumilikdə şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Onların vərəsəliyi notarial qayada təsdiq edilir və birdəfəlik ödənişlə təmin edilmək üçün elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir.

Təqdim olunmuş bu sənədlərə işçi qrupu tərəfindən baxıldıqdan sonra komissiya tərəfindən ödəmənin verilməsi barədə qərar qəbul olunur. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsi dövlət başçısının mühüm sosial önəm kəsb edən humanist bir addımı olmaqla, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Qeyd edək ki, bu günədək artıq 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə 11 min manat məbləğində ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və ödənişin verilməsi prosesi davam etdirilir.

Azvision.az

Teqlər: Şəhid   ƏƏSMN