Nazirlik liseydə baş verənlərə aydınlıq gətirdi

Nazirlik liseydə baş verənlərə aydınlıq gətirdi
  07 Dekabr 2018    Oxunub:1913
Təhsil Nazirliyi 12 nömrəli Bakı Peşə Liseyində müəllimlə şagird arasında baş vermiş mübahisəyə aydınlıq gətirib.
Nazirlikdən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ şişirdilib və həqiqətə uyğun olmayan formada təqdim olunub.

"Video dərs zamanı şagirdlər dərsi pozarkən qeydə alınıb. Məsələ barəsində lisey rəhbərliyi tərəfindən dərhal lazımi tədbirlər görülüb, həm şagirdlərin, həm də istehsalat təlimi ustasının izahatları alınıb, şagirdlərin valideynləri liseyə dəvət olunub", - deyə məlumatda vurğulayıb.

Qeyd edək ki, 12 nömrəli Bakı Peşə Liseyndə 307 nömrəli qrupda təhsil alan şagird Elvin Xəlilov ilə təlim ustası Oktay Allahverdiyev arasında mübahisə yaşanıb. Səbəb sinifdə uşaqların səs salması olub. Elvin Xəlilov iddia edib ki, mübahisə zamanı Oktay Allahverdiyev onu vurub. Allahverdiyev isə deyib ki, dərs başlayan kimi şagirdlər səs salmağa başlayıblar. Bundan sonra şagirdə yaxınlaşaraq səs salmamasını istəyib. Ancaq onu vurmayıb. Dərsdə baş verən mübahisə şagirdlər tərəfindən lentə alınaraq, görüntüləri sosial şəbəkələrdə yayılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti