“Lazarevin kökü ermənidir” - Oqtay Əsədov

  07 Dekabr 2018    Oxunub : 1402
“Lazarevin kökü ermənidir” - Oqtay Əsədov
“Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin barəsində çox şey demək olar. Zatulin Dövlət Dumasını üzvü olmamışdan öncə də Azərbaycana qarşı düşmən mövqe tutan insanlardan biri idi. O, həmişə erməni diasporunun dəstəyi ilə çalışıb. Parlamentə seçildiyi regionda da erməni diasporu ona dəstək verib”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib, “Lazarev klubu”nda bir neçə rusiyalıdan başqa erməni mənşəlilər təmsil olunur: “Lazarevin kökü ermənidir. O vaxt Azərbaycanda qırğınlar törədənlərdən biri olub. Belə cılız hərəkətlərlə Azərbaycan Rusiya münasibətlərini poza bilməzlər. Mən artıq Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Oqtay-Əsədov   Milli-Məclis