6 hakimin səlahiyyətlərinə xitam verilib

   6 hakimin səlahiyyətlərinə xitam verilib
  21 Dekabr 2018    Oxunub:2032
Vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub.
Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.

İclasda səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi barədə qərar qəbul olunub.

57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun bilinib.

Azvision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti