Özünü dənizə atan qadının meyiti tapılıb

Özünü dənizə atan qadının meyiti tapılıb
  31 Dekabr 2018    Oxunub:1970
Ötən gün Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, D.Rüstəmovanın meyiti FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qruplarının birgə əməliyyatı nəticəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib, əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti