Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirilib
Sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində hesabat dövründə görülən işlər, əldə olunan nəticələr və xidməti fəaliyyətdə yol verilən nöqsanlar barədə məruzə ilə çıxış edib.
General-polkovnik Ramil Usubov əməliyyat müşavirəsinə yekun vuraraq, görülən işləri ümumən müsbət dəyərləndirib. Daxili işlər naziri “Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ilin 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası istiqamətində zəruri tədbirlərin görülməsini də tələb edib, tapşırıq və tövsiyələrini verib.
Azvision.az
Teqlər: DİN Ramil-Usubov