Hazırda yollarda vəziyyət necədir? - Açıqlama

  18 Yanvar 2019    Oxunub : 1399
 Hazırda yollarda vəziyyət necədir? - Açıqlama
“Dağlıq ərazilərdə qarın yağması, yolların buz bağlaması normal haldır. Qış fəsli gəlmədən tədbirlərimizi görürük. Oktyabr ayından etibarən gücləndirilmiş iş rejimində çalışırıq”.

Bunu Azvision.az -a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, ötən günün ikinci yarısından sonra və gecə saatlarında müəyyən ərazilərə qarın yağması müşahidə olunub: “Səhərə yaxın yolların müəyyən hissələrində buzlaşma qeydə alınıb. Bu, o qədər də ciddi problemlər yaratmayıb. Əməkdaşlarımız ötən günün ikinci yarısından və səhərin erkən saatlarından yollarda işlər aparırlar. Texnikalarımız vasitəsilə buzun əridilməsi və qarın təmizlənməsi işləri həyata keçirilir. Hazırda yollarda ciddi bir problem müşahidə olunmur”.



Qurum rəsmisi qeyd edib ki, bəzən problemlər sürücülərin avtomobili ilə bağlı olur: “Belə ki, dəfələrlə DYP xəbərdarlıq edib və biz də demişik. Qış fəslində avtomobilləri yay şinləri ilə idarə etməsinlər. Belə olanda onların hərəkətində problem olacaq”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: AAYDA   Yol   Qar