1055 nəfərə verilən əsassız əlillik ləğv edilib

 1055 nəfərə verilən əsassız əlillik ləğv edilib
  18 Yanvar 2019    Oxunub:4409
Əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarət həyata keçirilib. Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirib.
Son 6 ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edən nazir 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktlarının aşkar edilərək ləğv edildiyini, ödənilmiş vəsaitin bərpası işlərinin görüldüyünü, nəticədə 3 mln. manat dövlət vəsaitinə qənaət olunduğunu deyib.

Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.

Azvision.az


Teqlər: ƏƏSMN   Əlil  





Xəbər lenti