“
Azəriqaz” İB-dən
Azvision.az -a verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 525-ci məhəllə ünvanında mövcud diametri 219 mm-lik qaz xəttinin ləğvi, yeni çəkilmiş diametri 108 mm-lik qaz xəttnin müvcud şəbəkəyə qoşulması,
Suraxanı rayonu ərazisində qaz tənzimləyicinin quraşdırılması, Səbail rayonu,
Salyan şossesində (jurnalistlərin binasının yanı) yeraltı diametri 159 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş qaz xətti ilə əvəz edilməsilə əlaqədar, 23 yanvar 2019-cu il tarixdə saat 1000-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində,
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsi və Əmircan qəsəbəsində, eləcə də Səbail rayonu, 20-ci sahə yaşayış massivi və Badamdar qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “
Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Azvision.az Teqlər: Azəriqaz