Yuyucu tozun içindən narkotik çıxdı - VİDEO+FOTOLAR
O əl yüklərində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını, ev üçün ərzaq malları və yuyucu vasitələri olduğunu bildirib.
Daha sonra əl yüklərinə baxış keçirilib. Baxış zamanı 1 ədəd qara sellofan torbada, üzərində “Soflan” yazısı olan 3 ədəd yuyucu toz qutularının içərisindən cəmi 4 ədəd sellofan bağlama müəyyən edilib. 3 ədəd bağlamada qablaşdırılması ilə birgə çəkisi 2005 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1 bağlamada isə qablaşdırılması ilə birgə çəkisi 100 qram olan ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin aşkarlanıb.
Qeyd edək ki, ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.
Azvision.az