Qəbirstanlıqda narkotik gizlədən şəxs saxlanılıb

Qəbirstanlıqda narkotik gizlədən şəxs saxlanılıb
  24 Yanvar 2019    Oxunub:1860
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Vüqar Babayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, 42 yaşlı V.Babayevin üzərinə keçirilən baxış zamanı ondan sellofan bükümdə 130 qrama yaxın heroin aşkarlanıb.

Aparılan araşdırmlardan sonra V.Babayevin rayon ərazisindəki qəbirstanlıqda narkotik vasitə gizlətdiyi də məlum olub. Polis əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə həmin əraziyə baxış zamanı sellofan bükümdə 231 qram heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirib. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti