Kürdəmirdə yol tikintisinə 8,8 milyon ayrıldı

  25 Yanvar 2019    Oxunub : 2357
 Kürdəmirdə yol tikintisinə 8,8 milyon ayrıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonunun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, sərəncamla altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az

Teqlər: Kürdəmir   Yol   Sərəncam